Azərbaycan Premyer Liqasında DÇ-2026 üçün hazırlanmış toplardan istifadə olunacaq - FOTO

20 Mart 2026 16:32
258
Azərbaycan Premyer Liqasında DÇ-2026 üçün hazırlanmış toplardan istifadə olunacaq - FOTO

2026/2027 mövsümündə Peşəkar Futbol Liqasının bayrağı altında keçiriləcək liqalarda istifadə olunacaq toplar müəyyənləşib.

İdman.Biz xəbər verir ki, qarşıdakı mövsümdə Azərbaycan Premyer Liqası və Əvəzedicilər Liqasında çıxış edəcək komandaların üzvləri “Adidas” şirkətinin istehsal etdiyi “Trionda” toplarından yararlanacaqlar.

“Trionda” 2026-cı il dünya çempionatı üçün hazırlanmış müasir futbol topudur. Bu toplar xüsusi teksturalı səthə malikdirlər və bu, topun uçuş sabitliyini, fırlanmasını və nəm şəraitdə tutuşunu yaxşılaşdırmaq üçün nəzərdə tutulub. Peşəkar Futbol Liqası ilə “Adidas” şirkəti arasında mövcud olan müqaviləyə əsasən, yüksək keyfiyyətə malik “Trionda” topları güzəştli şərtlər ilə əldə ediləcək.

Birinci Liqa oyunları 2025/26 mövsümündə olduğu kimi, “Fussballiebe” toplarından istifadə olunmaqla keçiriləcək. İkinci Liqa komandalarının ixtiyarında ənənəvi olaraq “Adidas Tiro Pro” topları olacaq.

İdman.Biz