Azərbaycan çempionatında əbədi ehtiyat qüvvə

Xəbərlər
30 Dekabr 2023 12:33
390
Azərbaycan çempionatında əbədi ehtiyat qüvvə

Azərbaycan Premyer Liqasının 2023/24 mövsümünün ilk yarısında dörd futbolçu daim ehtiyatda qalıb.

İdman.biz xəbər verir ki, 18 oyunda adı protokola daxil edilən, lakin meydana çıxmaq imkanı qazanmayan əbədi ehtiyat qüvvə üç klubun heyətində yer alıb.

Bu oyunçulardan ikisi “Zirə”nin üzvləridir. Anar Nəzirov və Səlim Həşimov ilk iki dövrədə meydana çıxmasa da, hər qarşılaşmada 90 dəqiqə ehtiyatda qalıb.

“Araz-Naxçıvan”da Mirəli Əhmədov və “Qəbələ”də Elməddin Sultanov da eyni aqibəti yaşayıb. Elməddin də Anar kimi komandasının qapıçısıdır. Digər iki futbolçu sahə oyunçusudur.

Qeyd edək ki, Premyer Liqanın digər 7 klubunda meydana çıxmadan ehtiyatda qalan futbolçuların maksimal göstəricisi 17 belə matçdır.

İdman.biz

Məqalədə: