“Qarabağ”dan Redon Cicanın Albaniya dönmək ehtimalına münasibət

Xəbərlər
29 Dekabr 2023 17:33
281
“Qarabağ”dan Redon Cicanın Albaniya dönmək ehtimalına münasibət

“Qarabağ”ın hücumçusu Redon Cicanın qış fasiləsində klubdan ayrılacağı şayiədir.

Bu barədə İdman.biz saytına Azərbaycan çempionunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Klub rəsmisi bildirib ki, albaniyalı futbolçu ilə bağlı vətənində yayılan informasiyalar həqiqəti əks etdirmir: “Hələlik nəinki Cica, o cümlədən kimlərin “Qarabağ”ı tərk edəcəyi və ya qoşulacağı ilə bağlı qərar verilməyib. Baş məşqçimiz Qurban Qurbanovun da son mətbuat konfransında bildirdiyi kimi, klubumuzun maraqlandığı futbolçular var. Amma rəsmiləşən nəsə yoxdur”.

Qeyd edək ki, Albaniya mətbuatı bu ilin yanvarında “Tirana”dan transfer olunan Redonun yenidən sabiq komandasına dönəcəyini dərc edib. Onun öncə icarə ilə bu klubda oynayacağı bildirilib.

Cica Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə 11 oyunda cəmi 1 qol vurub.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: