Azərbaycanın U-20 millisində kütləvi milliləşdirmə planlaşdırılmır

16 Mart 2026 15:24
78
Azərbaycanın U-20 millisində kütləvi milliləşdirmə planlaşdırılmır

Azərbaycanın U-20 millisində kütləvi milliləşdirmə planlaşdırılmır.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev mətbuat konfransında bildirib.

“Azərbaycan əsilli oyunçu cəlb edilə bilər. Ya da valideynlərindən biri sırf azərbaycanlı ola bilər. Azərbaycanda anadan olmuş, böyümüş futbolçu olmalıdır. Bu, əsas şərtdir. Amma yenə də milliləşdirilmiş futbolçunun çox böyük istəyi olmalıdır ki, millimizdə oynasın. Hiss etməliyik ki, istəyi var. Amma kütləvi şəkildə milliləşdirmə, məsələn 20 futbolçudan 17-nin milliləşdirilmiş olması gözlənilmir”, - AFFA-nın icraçı vitse-prezidenti deyib.

Qeyd edək ki, U-20 millisi 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 dünya çempionatında iştirak edəcək.

İdman.Biz