Azərbaycan millisinin baş məşqşisi Ruy Jorjenin U-20-dəki futbolçuların müntəzəm oynaması ilə bağlı hansısa təklifi olmayıb.
İdman.Biz xəbər verir ki, bu barədə portuqaliyalı mütəxəssis yığmaya baş məşqçi təyin olunması ilə bağlı keçirilən mətbuat konfransında deyib.
“Hazırda U-20-dəki futbolçuların müntəzəm oynaması ilə bağlı hansısa təklifim olmayıb. Bu barədə danışmamışıq. Çempionatla tanışam. Əsas milli komandaya oyunçuların səviyyəsinə, Premyer Liqadakı limitə görə oyunçu tapılmadığını deyə bilmərəm. Azərbaycan millisi Portuqaliya yığması deyil. Bunu çox yaxşı bilirəm. Amma onu deyə bilərəm ki, Portuqaliyanın U-21 yığması ilə uğur qazananda həmin komanda reytinqdə 19-cu idi. Futbolçuların keyfiyyətindən, inkişafından çox şey asılıdır”, - Ruy Jorje bildirib.
U-20 millisi 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 dünya çempionatında iştirak edəcək.
