“Kolambus Kryu” “Qarabağ”ın daha bir oyunçusunu transfer etmək istəyir

13 Mart 2026 21:05
112
“Kolambus Kryu” “Qarabağ”ın daha bir oyunçusunu transfer etmək istəyir

Nəriman Axundzadəni sıralarına qatan “Kolambus Kryu” daha bir azərbaycanlı futbolçuya elçi düşüb.

İdman.Biz Sportinfo.az-a istinadən xəbər verir ki, 23 yaşlı hücumçu ilə müqavilə bağlamış ABŞ klubu bu dəfə də “Qarabağ”ın qapısını döyüb.

MLS təmsilçisi indi də Toral Bayramovun xidmətində maraqlıdır. “Kolambus Kryu” adıçəkilən müdafiəçiyə iddiasını rəsmi surətdə ortaya qoyub. MLS klubu Azərbaycan çempionuna bununla bağlı müraciət göndərib.

“Qarabağ” bu yaxınlarda Jeremi Qnalini AEK-dən transfer edib. Kipr klubundan alınan sol cinah müdafiəçisi ilə 2,5 illik müqavilə imzalanıb.

Fransalı legionerin gəlişindən sonra Toral Bayramovun ilk “11-lik”də yer almaq ehtimalı bir qədər də azalıb.

İdman.Biz