“Qarabağ”ın futbolçusu Afrika Millətlər Kubokuna gedir

Xəbərlər
29 Dekabr 2023 11:06
176
“Qarabağ”ın futbolçusu Afrika Millətlər Kubokuna gedir

"Qarabağ"ın yarımmüdafiəçisi Patrik Andrade Kabo Verde milli komandasına çağırılıb.

İdman.biz xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Afrika Millətlər Kubokunda iştirak edəcək heyətdə yer alıb.

Patrik və komandası Fil Dişi Sahilində keçiriləcək qitə çempionatında mübarizə aparacaq. Kabo Verde yığması B qrupunda Misir, Qana və Mozambiklə qarşılaşacaq. Afrika Millətlər Kuboku yanvarın 13-dən fevralın 11-dək Fil dişi Sahilində keçiriləcək.

Qeyd edək ki, “Qarabağ”ın və Kabo Verde millisinin digər yarımmüdafiəçisi Leandro Andrade bu dəfə 26 nəfərlik heyətə daxil edilməyib.

İdman.biz

Məqalədə: