Yurandan “Neftçi”nin futbolçusuna cavab: “Narazılığı həyat yoldaşına edə bilərsən”

Müsahibə
29 Dekabr 2023 10:49
1 427
Yurandan “Neftçi”nin futbolçusuna cavab: “Narazılığı həyat yoldaşına edə bilərsən”

Rusiyalı mütəxəssis Sergey Yuran “Neftçi”nin futbolçusu Reziuan Mirzova cavab verib.

İdman.biz xəbər verir ki, “Pari NN”in baş məşqçisi onu məşqdən qovduğunu etiraf edib.

Ölkəmizdə “Simurq”u da çalışdırmış mütəxəssis hadisəni belə xatırlayıb: “Məşq prosesində Mirzov MOİK-lə oyunda İlya Sadıqova əsas heyətdə yer verəcəyimi gördü. İkitərəfli oyunda bir neçə variantı nəzərdən keçirdim. Hamı bilir ki, işlədiyim komandalarda zarafat mühit yaratmağı sevirəm. Mirzov öz narazılığını nümayiş etdirdi və qapını vurub aşırdı. Onu məşqdən qovdum. Mirzov da, İvanov da olsan, özünü belə apara bilməzsən”.

Yuran seçiminə haqq qazandırıb. O, əsas heyətdə yer verdiyi Sadıqovun qol vurduğunu və komandanın 4:2 hesabı ilə qələbə qazandığını deyib: “Deməli, qərarım düzgün idi. Öz narazılığınızı evdə həyat yoldaşınıza, valideynlərinizə göstərə bilərsiniz, mənə yox. Sonra Mirzov səhv etdiyini başa düşdü və işinə davam etdi”.

Qeyd edək ki, Mirzov Rusiya mətbuatına verdiyi müsahibədə Yuranın onu “Ximki”nin məşqindən qovduğunu bildirib.

İdman.biz

Məqalədə: