Azərbaycan çempionatlarında fevralın ən yaxşı qol müəllifləri açıqlanıb - FOTO/VİDEO

6 Mart 2026 17:05
98
Azərbaycan çempionatlarında fevralın ən yaxşı qol müəllifləri açıqlanıb - FOTO/VİDEO

Azərbaycan çempionatlarında fevral ayının ən yaxşı qollarının müəllifləri müəyyənləşib.

İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Münsiflər heyətinin səsverməsinə əsasən, Misli Premyer Liqasında “Ayın qolu” layihəsinin qalibi “Neftçi”nin futbolçusu Alessio Kurçi olub.

Birinci Liqada Elşən Abdullayev (“Baku Sportinq”), II Liqada isə Əli Bağırov (“Ağstafa Gəncləri”) ən yaxşı qol müəllifləri seçiliblər.

İdman.Biz