“Qarabağ”dan yığmaya

Xəbərlər
30 Avqust 2023 00:15
132
“Qarabağ”dan yığmaya

"Qarabağ"ın iki legioneri çıxış etdikləri ölkənin yığmalarına dəvət alıblar.

İdman.biz saytı xəbər verir ki, Leandro Andrade və Marko Yankoviçdən seçmə mərhələdə çıxış edəcəklər.

Monteneqro yığmasına dəvət alan Marko AVRO-2024-ün seçmə mərhələsində ölkəsinin şərəfini qoruya bilər. Monteneqrolular sentyabrın 7-də Litva, üç gün sonra isə Bolqarıstan komandası ilə üz-üzə gələcəklər.

Leandro Andrade isə Kabo-Verde millisinə çağırılıb. Onun şərəfini qoruduğu yığma sentyabrın 10-da Afrika Millətlər Kubokokunda Toqo ilə qarşılaşacaq.

Qeyd edək ki, Toqo yığması artıq turnirin növbəti mərhələsinə vəsiqəni təmin edib. Qrup mərhələsinin son matçında komanda Burkino-Faso ilə qrup birinciliyi uğrunda yarışacaq.

İdman.biz