“Zirə”nin hazırlıq proqramı açıqlanıb

Xəbərlər
28 Dekabr 2023 11:55
119
“Zirə”nin hazırlıq proqramı açıqlanıb

“Zirə”nin qış təlim-məşq toplanışının proqramı məlum olub.

Klubdan İdman.bizə verilən məlumata görə, Bakı təmsilçisi yanvarın 3-də bir araya gələcək.

Hazırlığını Bakıda keçəcək “Qartallar” toplanış müddətində 2 yoxlama oyunu keçirməyi planlaşdırıb. Komanda yanvarın 10-da “Araz-Naxçıvan”, 15-də isə “Qarabağ”la qarşılaşacaq.

“Zirə” daha sonra Azərbaycan Premyer Liqasının 19-cu turunda “Səbail”ə qarşı keçirəcəyi oyuna hazırlaşacaq.

İdman.biz

Məqalədə: