Şahin Diniyev: “Yeni ildə “Səbail” ilə yüksək nəticələrə imza atacağıq”

Müsahibə
28 Dekabr 2023 11:27
121
Şahin Diniyev: “Yeni ildə “Səbail” ilə yüksək nəticələrə imza atacağıq”

“Bu il hər bir mənada mənim üçün düşərli oldu”.

Bunu İdman.biz saytına “Səbail” futbol klubunun baş məşqçisi Şahin Diniyev deyib.

O, 2023-cü ili dəyərləndirib. Təcrübəli mütəxəssisin sözlərinə görə, il Azərbaycan üçün uğurlu alınıb: “Təbii ki, bu, futbol sahəsinə də aiddir. Ərazi bütövlüyümüzün tam bərpa olunması hamımız üçün unudulmaz bir hadisə kimi tarixə düşdü. Xüsusilə də, Xankəndi Azərbaycanımıza qovuşdu və orada uzun fasilədən sonra futbol oyunu keçirdik. İli ölkə idmanı, özüm üçün də uğurlu hesab edirəm. İnanıram ki, yeni ildə qazandığımız uğurların davamı gələcək. “Səbail” ilə yüksək nəticələrə imza atacağıq. Dövlətimizə və xalqıma düşərli ilin olmasını arzu edirəm”.

Qeyd edək ki, “Səbail” 18 turdan sonra Azərbaycan Premyer Liqasında 5-ci yerdə qərarlaşıb. Komanda 26 xala malikdir.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: