Yığmanın futbolçusu “Sabah”ı “Zirə”yə dəyişib

Xəbərlər
26 Dekabr 2023 18:17
428
Yığmanın futbolçusu “Sabah”ı “Zirə”yə dəyişib

Azərbaycan Premyer Liqası təmsilçisi “Zirə” dövrələrarası fasilədə ilk transferini reallaşdırıb.

İdman.biz xəbər verir ki, paytaxt klubu Ceyhun Nuriyevi heyətinə əlavə edib.

“Sabah”dan transfer olunan 22 yaşlı yarımmüdafiəçiylə 2,5 illik müqavilə imzalanıb. O, Azərbaycan yığmasının heyətində çıxış edir.

Qeyd edək ki, “Zirə” Premyer Liqada 18 turdan sonra 29 xalla 2-ci pillədə qərarlaşıb.

İdman.biz