UEFA “Ayntraxt Frankfurt”la Çempionlar Liqası matçından sonra “Qarabağ”a intizam cəzası verib.
İdman.Biz xəbər verir ki, 3:2 hesablı qələbədən sonra komanda turnirin pley-off mərhələsinə yüksəlib, lakin intizam komitəsi klubu idman tədbiri üçün uyğun olmayan mesaj ötürdüyünə və futbolun və UEFA-nın nüfuzuna xələl gətirdiyinə görə 17.500 avro cərimələyib.
“Qarabağ” həmçinin bilet nəzarəti qaydalarını pozmaqda ittiham olunub. Klub bu qayda pozuntusuna görə xəbərdarlıq alıb, lakin heç bir maliyyə cəriməsi tətbiq edilməyib.
Xatırladaq ki, Azərbaycan komandası Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Bakıda “Nyukasl”a 6:1 hesabı ilə məğlub olub.
