İspaniyanın “Levante” klubu bu ilin yayında “Qarabağ” Futbol Akademiyasında gənc futbolçular arasında seleksiya məşqləri keçirəcək.
İdman.Biz bildirir ki, bu barədə Akademiyanın baş koordinatoru Aftandil Hacıyev məlumat verib.
Onun AZƏRTAC-a bildirdiyinə görə, seleksiya prosesi yerli istedadların üzə çıxarılması və onların Avropa futboluna inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.
Seçilən futbolçuların gələcəkdə İspaniyada baxışdan keçmək imkanı qazanacağı gözlənilir.
