Gəncə şəhər stadionunda yanğın - VİDEO

Xəbərlər
25 Dekabr 2023 23:36
193
Gəncə şəhər stadionunda yanğın - VİDEO

Gəncə şəhər stadionunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən İdman.bizə verilən məlumata görə, arenada ümumi sahəsi 20 m² olan dəmir konteynerin taxtadan ibarət üzlüyü və içərisində olan əşyalar yanıb.

Yaxınlıqda olan digər konteyner yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qeyd edək ki, Gəncə şəhər stadionu təmirə bağlanıb.

İdman.biz

Məqalədə: