Yığmamızın baş məşqçisi Türkiyə klubunu tərk edib

Xəbərlər
25 Dekabr 2023 19:06
217
Yığmamızın baş məşqçisi Türkiyə klubunu tərk edib

Azərbaycanlı məşqçi Siyasət Əsgərov Türkiyə klubu ilə yollarını ayırıb.

İdman.biz xəbər verir ki, qadınlardan ibarət yığmamızın da baş məşqçisi olan mütəxəssis “Fomget”dəki postunu tərk edib.

Tərəflər qarşılıqlı şəkildə müqaviləyə xitam veriblər. Ankara təmsilçisi Əsgərovla vidalaşmasında onun uğursuz nəticələrini səbəb göstərib. Superliqada son 3 matçı məğlub olan “Fomget” 14 turdan sonra 29 xalla üçüncü pillədə qərarlaşıb. Onlar liderlərdən 7 xal geri qalırlar.

Qeyd edək ki, Əsgərov ötən mövsüm “Fomget”ə Türkiyə çempionu titulunu qazandırıb.

İdman.biz

Məqalədə: