“Araz-Naxçıvan” Qəbələni seçib

Xəbərlər
25 Dekabr 2023 14:42
143
“Araz-Naxçıvan” Qəbələni seçib

“Araz-Naxçıvan”ın qış hazırlıq planı məlum olub.

Klubdan İdman.bizə verilən məlumata görə, komanda gələn il yanvarın 5-də bir araya gələcək.

Hazırlığın birinci mərhələsi Bakıda həyata keçiriləcək. Yanvarın 10-da “qırmızı-ağlar” yeni ildə ilk matçına çıxacaq. Yoldaşlıq oyununda rəqib “Zirə” olacaq. Ertəsi gün istirahət edəcək komanda yanvarın 12-də Qəbələdə ikinci mərhələyə start verəcək.

Yanvarın 15-də burada Premyer Liqa klublarından biri ilə qarşılaşacaq “Araz-Naxçıvan” matçdan sonra Bakıya dönəcək. Bu dəfə 2 gün istirahət edəcək futbolçular yanvarın 18-dən etibarən Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində “Qarabağ”la baş tutacaq matça hazırlaşacaq.

İdman.biz

Məqalədə: