“Turan Tovuz” mövsümün ikinci hissəsinə hazırlıq planını açıqlayıb

Xəbərlər
25 Dekabr 2023 13:12
142
“Turan Tovuz” mövsümün ikinci hissəsinə hazırlıq planını açıqlayıb

“Turan Tovuz”un qış hazırlıq planı bəlli olub.

Klubdan İdman.bizə verilən məlumata görə, bölgə təmsilçisi mövsümün ikinci hissəsinə hazırlıq məqsədi ilə gələn il yanvarın 3-də Antalyaya yollanacaq.

Lara bölgəsindəki "Ask Lara" otelində məskunlaşacaq “Turan Tovuz” ayın 17-dək burada hazırlığını davam etdirəcək. Baş məşqçi Ayxan Abbasov hazırlıq çərçivəsində 3 yoxlama oyununda komandanı sınaqdan keçirəcək.

İdman.biz

Məqalədə: