Rəşad Sadıqov: “Qola kimi meydanda bərabər mübarizə gedirdi”

Xəbərlər
24 Dekabr 2023 21:47
212
Rəşad Sadıqov: “Qola kimi meydanda bərabər mübarizə gedirdi”

“60-cı dəqiqədən sonra oyunu bərabərləşdirdik. Amma qol vəziyyətləri zaman sonluğu gətirə bilmədik”.

İdman.biz xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XVIII turunda “Qarabağ”a məğlubiyyətdən sonra deyib.

Gənc mütəxəssis buraxılan qol barəsində də danışıb. O, “Qarabağ”ın səhvdən maksimum yararlandığını bildirib: “Qola kimi meydanda bərabər mübarizə gedirdi. Müdafiədən çıxarkən topu itirdik və bu, “Qarabağ” üçün fürsət oldu. “Turan Tovuz”la iki ağır oyun keçirmişdik. Komandada yorğunluq var idi. Ona görə də, bu gün müəyyən dəyişikliklər etmişdik. Buraxılan qol komandaya çox pis etdi. İkinci hissənin əvvəlində də futbolçular passiv çıxış etdilər. Amma sonradan öz oyunumuzu yenidən istənilən kimi çıxış etdik”.

“Zirə”nin baş məşqçisi qış fasiləsində bəzi mövqeləri gücləndirmək niyyətində olduqlarını deyib: “Bütün mövqelərdə çatışmazlıqlar var. 3-4 oyunçu transfer etmək istərdik. Fasilədən sonra sıx oyun qrafiki olacaq. Bu baxımdan heyəti genişləndirmək tələb olunur. Aparılan müzakirələrdən sonra yekun qərar veriləcək”.

Qeyd edək ki, “Zirə” 29 xalla qış fasiləsinə 2-ci pillədə yollanıb.

İdman.biz