“Neftçi”nin idman direktoru: “Bir neçə namizəd üzərində danışıq gedirdi, sonda...”

Müsahibə
24 Dekabr 2023 19:38
192
“Neftçi”nin idman direktoru: “Bir neçə namizəd üzərində danışıq gedirdi, sonda...”

"İndiki məqamda "Neftçi"yə ən uyğun baş məşqçi olaraq məhz Bojoviçi gördük. Təcrübəli məşqçi üzərində seçim etdik”.

İdman.biz xəbər verir ki, bunu “Neftçi”nin idman direktoru Yens Andersson deyib.

İsveçli mütəxəssis Bakı təmsilçisində baş məşqçi dəyişikliyinə münasibət bildirib. O, komandanı monteneqrolu Miodraq Bojoviçə həvalə etmələrinin səbəbini açıqlayıb: “Məncə, daha yaxşı seçimdir. Bu regionda da çalışıb. Bir neçə namizəd üzərində danışıq gedirdi. Sonda hazırkı baş məşqçimizin üzərində dayandıq. Məncə, o, "Neftçi"yə uyğun baş məşqçidir. Komandada əvvəllər də tez-tez baş məşqçi dəyişikliyi olurdu. Hazırkı heyətimizə də uyğun məşqçi elə Bojoviçdir. Analizlər etdik, statistikaları incələdik. Sonda hazırkı baş məşqçimizin üzərində dayandıq. Məncə, hazırkı an üçün ən düzgün seçimi etmişik".

Qeyd edək ki, Bojoviç “Neftçi”də bu gün müqaviləsinə xitam verilən rumıniyalı Adrian Mutunu əvəzləyib.

İdman.biz