“Neftçi” Adrian Mutu ilə vidalaşdığını açıqlayıb, azarkeşlərə səslənib

Xəbərlər
24 Dekabr 2023 18:21
391
“Neftçi” Adrian Mutu ilə vidalaşdığını açıqlayıb, azarkeşlərə səslənib

“Neftçi” Adrian Mutu ilə yollarını ayırıb.

Klubdan İdman.bizə verilən məlumata görə, rumıniyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

“Neftçi” Mutuya əməkdaşlığa və sərf etdiyi əməyə görə təşəkkür edib, gələcək fəaliyyətində uğurlar diləyib.

Baş məşqçisiz qalan Bakı təmsilçisi həmçinin azarkeşlərə səslənib. Bildirilib ki, Azərbaycan Premyer Liqası və Kubokunda yüksək nəticələr uğrunda mübarizə aparan “Neftçi” bu dövrdə bütün azarkeşlərini dəstək olmağa, komandanın ətrafında sıx birləşməyə çağırır.

Qeyd edək ki, Adrian Mutu yayda “Neftçi”nin baş məşqçisi təyin olunub. Onunla iki illik müqavilə imzalanmışdı.

İdman.biz

Məqalədə: