Ayxan Abbasov: “Bir pillə yuxarı qalxa bildik”

Xəbərlər
24 Dekabr 2023 13:54
187
Ayxan Abbasov: “Bir pillə yuxarı qalxa bildik”

“Dünən üzücü bir hadisə baş verdi. Şükür Allaha itkisiz, xəsarətsiz oldu. Hər işdə bir xeyir var”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının XVIII turunda “Araz-Naxçıvan”ı məğlub edən “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov deyib.

Gənc mütəxəssis komandanın ardıcıl ikinci turda qələbə qazanmasını xüsusi vurğulayıb. Abbasov qış fasiləsində yaxşı hazırlıq keçməli olduqlarını bildirib: “Çətin komandaya qarşı oynayırdıq. “Araz-Naxçıvan” həm turnir cədvəlində, həm də son oyunlarda sərgilədiyi oyunla özündən söz etdirə bilib. Ağır qrafikdə idik. Təəssüf ki, son oyunda kubokda məğlub olduq. Ondan öncə qələbə qazanmışdıq. Çempionatda ardıcıl ikinci qələbəmizdir. Futbolçularımdan razıyam. Dünən göstərdikləri performans, bu gün cətin də olsa oyuna köklənə bildilər. Qış fasiləsinə qədər sevindirici o oldu ki, bir pillə yuxarı qalxa bildik. Üst pillələrdən çox qopmadıq. Qış təlim-məşq toplanışını yaxşı keçməliyik. Çünki üçüncü və dördüncü dövrə bundan da ağır keçəcək. Əsas məqsədlərimizdən biri klub olmaqdır, inkişaf etməkdir, futbolçuları qazanmaq, oyun sistemimizi yaxşılaşdırmaqdır. Ötən mövsümlə müqayisə aparsaq, o vaxt 17 xal toplamışdıq və ikinci dövrəni altıncı pillədə bitirmişdik. Bu il 22 xal yığmışıq görürük ki, yeddinci pillədəyik. Görürük ki, çempionat nə qədər gərgin keçir. Davam etməliyik. Futbolçlara da qışdan sonra bundan yaxşı olmalıyıq dedim”.

Qeyd edək ki, “Turan Tovuz” 22 xalla turnir cədvəlinin 7-ci pilləsində yer alıb.

İdman.biz