Azər Bağırov: “Futbolçuları bu cür oyunlara kökləmək çətindir”

Xəbərlər
24 Dekabr 2023 13:21
848
Azər Bağırov: “Futbolçuları bu cür oyunlara kökləmək çətindir”

“Oyun maraqlı keçdi. Futbol adına hər şey oldu”.

İdman.biz xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov deyib.

Gənc mütəxəssis Azərbaycan Premyer Liqasının XVIII turunda “Turan Tovuz”a 1:3 hesablı məğlubiyyəti şərh edib. Bağırov futbolçuların oyuna kökləməsinin çətin olduğunu bildirib: "Şükürlər olsun ki, dünən baş verən xoşagəlməz hadisə zamanı heç kimə xətər dəymədi. Oyun haqda çox şey danışmaq istəmirəm. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Tovuzda futbol adına hər şey var. Futbolçunu bu cür oyunlara kökləmək çətindi. Çünki güc, motivasiya 80 dəqədə bitir. Əgər fiziki güc tükənibsə, bədən beyinin verdiyi komandanı icra edə bilməyəcək".

Qeyd edək ki, “Araz-Naxçıvan” 4 oyundan sonra uduzub. Komanda 18 oyundan 26 xal toplayıb.

İdman.biz