Ramilsiz “Buriram”dan 4 qollu qələbə

Xəbərlər
23 Dekabr 2023 19:03
204
Ramilsiz “Buriram”dan 4 qollu qələbə

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev formasını geyindiyi “Buriram” Tailand çempionatında qələbə qazanıb.

İdman.biz xəbər verir ki, onlar 15-ci turda “Uthai Thani”ni məğlub ediblər.

Qarşılaşma Ramilin komandasının 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Şeydayevin adı iştirak ərizəsinə daxil edilməyib. Bu qələbədən sonra “Buriram” xalını 24-ə yüksəldib və 4-cü pillədəki yerini qoruyub.

Qeyd edək ki, Şeydayevin klubunun növbəti oyunu dekabrın 28-də “Praçuap”a qarşı olacaq.

İdman.biz

Məqalədə: