“Karvan-Yevlax”dan ayrılan futbolçu “Mingəçevir”ə transfer olunub

2 Fevral 2026 09:28
115
“Karvan-Yevlax”dan ayrılan futbolçu “Mingəçevir”ə transfer olunub

“Karvan-Yevlax”la yollarını ayıran Nika Çaçaşvilinin karyerasını harada davam etdirəcəyi bəlli olub.

İdman.Biz xəbər verir ki, bu barədə “ASTA Mingəçevir” Futbol Klubu məlumat yayıb.

Birinci Liqada mübarizə aparan “Mingəçevir” 22 yaşlı yarımmüdafiəçini heyətinə cəlb edib.

Klub gənc futbolçu ilə rəsmi müqavilə imzaladığını açıqlayıb.

İdman.Biz