“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev komandanın baş məşqçisi Qurban Qurbanov haqqında danışıb.
İdman.Biz bildirir ki, Qurbanovun rəhbərliyi altında klub tarixində ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib.
“Qarabağ”a gələn hər kəs eyni fikirdədir. Hər kəsin fərqli fikirdə olduğu məqamlarvar, amma Qurbanov haqqında hər kəsin fikri eynidir. O, böyük insandır. Buna görə də Allah onu bütün zəhməti və ədalətinə görə mükafatlandırır.
O, “Barselona” sisteminin pərəstişkarıdır. O, bizə də eyni prinsipləri aşılayır: topa nəzarət, ona görə də onu qiymətləndiririk. Və son vaxtlar Avropa səviyyəsinə uyğunlaşmaq üçün fiziki hazırlığımız üzərində çox çalışırıq. Onlar hər üç gündən bir bu səviyyədə oynayırlar, biz isə yalnız Çempionlar Liqasında hər üç həftədən bir oynayırıq. Buna uyğunlaşmaq üçün daha çox məşq etməli və Avropa komandalarından daha güclü olmalıyıq.
O, həqiqətən çox iddialıdır, heç vaxt istirahət etmir. Mən onun özündən heç vaxt məmnun olduğunu görməmişəm. Məsələn, “Liverpul”a məğlubiyyətdən sonra Qurbanov soyunma otağında çox əsəbi idi, hamıya “ürəyini boşaltdı”. Və yalnız bundan sonra dedi: “Yaxşı. Biz pley-offdayıq, tarix yazmışıq. Sevinin, uşaqlar!” Amma o, yenə də “Enfild”dəki 6:0 hesablı məğlubiyyətdən özünə gəlmədi. Biz ora yalnız özümüzü müdafiə etmək üçün deyil, qalib gəlmək üçün getmişdik”, - Məhəmmədəliyev “Championat”ın müxbiri Vladimir Çetveriklə müsahibəsində bildirib.
“Qarabağ” Çempionlar Liqası əsas mərhələsini 22-ci yerdə başa vurub. Turnir ərzində Azərbaycan klubu “Benfika”nı (3:2), “Kopenhagen”i (2:0) və “Ayntraxt”ı (3:2) məğlub edib. Pley-off mərhələsində komanda Fransanın PSJ və ya İngiltərənin “Nyukasl Yunayted” komandaları ilə oynaya bilər.
