Şahruddin Məhəmmədəliyev: “Liverpul”la oyundan sonra pley-offa çıxdığımıza görə o qədər də sevinmədik”

29 Yanvar 2026 21:11
98
Şahruddin Məhəmmədəliyev: “Liverpul”la oyundan sonra pley-offa çıxdığımıza görə o qədər də sevinmədik”

“Qarabağ”ın qapıçısı Şahrudin Məhəmmədəliyev Çempionlar Liqasının 8-ci turunda “Liverpul”a 6:0 hesabı ilə məğlub olduqdan sonra komandanın oyunçularının emosiyalarından danışıb.

İdman.Biz bildirir ki, məğlubiyyətə baxmayaraq, “Qarabağ” tarixində ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib.

“Liverpul”la oyundan sonra pley-offa çıxdığımıza görə o qədər də sevinmədik; bu qədər böyük hesabla uduzmaq istəmirdik. Dünya səviyyəli güclü komandayla döyüşəcəyimizi gözləyirdik. Məyus olduq, amma nəticə belə oldu.

“Ayntraxt”la əvvəlki oyundan sonra daha xoşbəxt idik, çünki 99% pley-offa çıxdığımızı bilirdik. Hələ ki, tam rahat ola bilmirdik, amma Liverpuldakından daha xoşbəxt idik", - Məhəmmədəliyev “Championat”ın müxbiri Vladimir Çetverikə deyib.

“Qarabağ” Çempionlar Liqası əsas mərhələsini turnir cədvəlində 22-ci yerdə başa vurub. Turnir zamanı Azərbaycan klubu “Benfika”nı (3:2) və "Ayntraxt Frankfurt"u (3:2) məğlub edib. Pley-off mərhələsində komanda ya “Pari Sen-Jermen” (Fransa), ya da “Nyukasl Yunayted” (İngiltərə) ilə qarşılaşa bilər.

İdman.Biz