Adil Şükürov: “Oyun üslubunda müəyyən dəyişikliklər etdik”

29 Yanvar 2026 18:25
110
Adil Şükürov: “Oyun üslubunda müəyyən dəyişikliklər etdik”

“Səbail” Birinci Liqada mövsümün ikinci yarısına hazırlığı başa vurub.

“Dənizçilər”in baş məşqçisi Adil Şükürov təlim-məşq toplanışını dəyərləndirib.

“Toplanış məhsuldar alındı. Üç yoxlama görüşü keçirdik. Heyətə yeni oyunçular cəlb etdik. Bəzi ideyalarımızı, fikirlərimizi həyata keçirə bildik. Oyun üslubunda müəyyən dəyişikliklər etməyə çalışdıq. Yenə deyirəm, zədələri nəzərə almasaq, normal toplanış keçə bildik. Yeni transferlərin komandaya uyğunlaşmasına qismən nail ola bildik. Ümid edirəm ki, işlərimizin bəhrəsini mövsümün ikinci yarısında görə, istəyimizi reallaşdıra biləcəyik”, - deyə o, fanat.az-a açıqlamasında deyib​.

Qeyd edək ki, “Səbail” 12 turdan sonra 22 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Komanda 2026-cı ildə ilk rəsmi oyununu 5 fevralda səfərdə “Zaqatala”ya qarşı keçirəcək.

İdman.Biz