“Kəpəz”in legioneri: “Qarabağ”a baxanda Çempionlar Liqasında oynamaq istəyim artır”

29 Yanvar 2026 15:27
85
“Kəpəz”in legioneri: “Qarabağ”a baxanda Çempionlar Liqasında oynamaq istəyim artır”

“Qarabağ”a qarşı çox çətin bir matç idi”.

Bu sözləri “Kəpəz”in futbolçusu Ryonosuke Ohori deyib.

Yarımmüdafiəçi “Qarabağ”a səfərdə iki cavabsız qolla qalib gəldikləri Misli Premyer Liqasının 17-ci turunun oyunu ilə bağlı danışıb.

“Matçdan öncə qalib gələ biləcəyimizə inanırdım. Rəqibin diqqətini Çempionlar Liqasına yönəltməsi qələbəmizdə rol oynadı”, - deyə o, sport24.az-a açıqlamasında deyib.

Yaponiyalı oyunçu “Qarabağ”ın Çempionlar Liqasındakı oyunlarını izlədiyini söyləyib:

“Hər dəfə izlədikdə mənim də bu cür möhtəşəm turnirdə oynamaq istəyim artır. Vurduğum qol “ayın qolu” seçilsə, çox sevinərdim. Bəli, düşünürəm ki, elədir. Qarabağ hazırda Çempionlar Liqasına diqqət yetirir”.

İdman.Biz