AFFA İntizam Komitəsi son turun qərarlarını açıqlayıb

29 Yanvar 2026 14:03
87
AFFA İntizam Komitəsi son turun qərarlarını açıqlayıb

AFFA İntizam Komitəsi “Qarabağ” və “Neftçi” klubunu cərimələyib.

İdman.Biz xəbər verir ki, “Kəpəz”lə qarşılaşmadan sonra meydana kənar şəxs daxil olduğu üçün Ağdam təmsilçisi 2500 ziyana düşüb.

“Neftçi” isə “Zirə” ilə görüşdə oyun günü planını pozduğu üçün 2000 manat məbləğində cərimələnib.

İdman.Biz