“Sumqayıt” və “Araz-Naxçıvan”ın sabiq futbolçusu Qabil Əlizadə Azərbaycanın Birinci Liqa təmsilçisi “Mingəçevir”ə keçib.
İdman.Biz xəbər verir ki, bu barədə “ASTA Mingəçevir” Futbol Klubu məlumat yayıb.
Yarımmüdafiəçi ilə cari mövsümün sonuna qədər razılıq əldə olunub.
O, karyerası ərzində “Karvan-Yevlax”, “Sumqayıt” və “Araz-Naxçıvan” kimi klubların formasını geyinib.
Qeyd edək ki, “Mingəçevir” hazırda turnir cədvəlində 21 xalla dördüncü pillədə qərarlaşıb.
