Teymur Hüseynov: “Amerikalılar "yorğan"ı öz üzərinə çəkdi"

Xəbərlər
22 Dekabr 2023 17:50
207
Teymur Hüseynov: “Amerikalılar "yorğan"ı öz üzərinə çəkdi"

"Çətin oyun oldu”.

İdman.biz xəbər verir ki, bunu “Sumqayıt”ın baş məşqçisi Teymur Hüseynov deyib.

Azərbayxan Basketbol Liqasının IX turunda “Gəncə”yə 95:88 hesabı ilə qalib gələn mütəxəssis bildirib ki, fasilədə basketbolçulara verdiyi məsləhətlər qarşılaşmanın taleyini həll edib: “Dedim ki, ikinci hissədə tabloya baxmayın, meydana çıxırsınızsa, elə bil sıfırdan başlayırsınız. Amma yenə də eniş başladı. Yenə də yaradıcılıq və təşkilatçılıqla bağlı problemlər yaşandı. Basketbolçular fərdi oynamağa başladı. Xüsusən də amerikalılar "yorğanı öz üzərinə çəkdi". Yerlilərin çıxışını isə çox bəyəndim. Nəzər Quliyev ümumiyyətlə möhtəşəm oynadı. İsmayıl Əliyevə də "əhsən" düşür. Hətta onlar 40 dəqiqə meydanda oldu. Ona görə əvəzləmədim ki, vacib oyunda çox yaxşı çıxış etdilər. Sadəcə, rəqib çox sayda 3 xallıq atdı. Xal fərqini əridib hətta hesabda önə keçdilər. Amma yenə də toparlanaraq qələbə qazandıq. Diksonun 11 "üçlük" cəhdindən 4-də hədəfi dəqiq nişan almasını isə problemə çevirmək lazım deyil. Onun ayağında zədə var idi. Lenard bizim əsas snayperimizdir. Bizim əsas problemimiz oyuna yaxşı başlayıb sonra sürəti azaltmağımızdır. Bax, bunun üzərində işləməliyik".

Qeyd edək ki, xalını 12-ə çatdıran “Sumqayıt” 7-ci pilləyə yüksəlib.

İdman.biz

Məqalədə: