“Səbail”də daha iki futbolçu ilə yollar ayrıldı

Xəbərlər
27 Yanvar 2026 11:34
94
“Səbail”də daha iki futbolçu ilə yollar ayrıldı

Azərbaycan Birinci Liqasında çıxış edən “Səbail” klubunda növbəti ayrılıq qeydə alınıb.

İdman.Biz fanat.az-a istinadən xəbər verir ki, Bakı təmsilçisi iki gənc futbolçusu – qapıçı Fəyyaz Mehdizadə və müdafiəçi Murad Fərzəliyev ilə vidalaşıb.

Müvafiq olaraq 20 və 19 yaşlı olan hər iki oyunçu klubun öz yetirməsidir.

Bildirilib ki, gənc futbolçular cari mövsümdə əsas komandanın heyətində debüt etmək imkanı qazanmayıblar.

Qeyd edək ki, “Səbail” Birinci Liqada 12 turdan sonra 22 xalla turnir cədvəlinin üçüncü pilləsində yer alır.

İdman.Biz