“Karvan-Yevlax” yeni baş məşqçisini açıqladı - FOTO

Xəbərlər
23 Yanvar 2026 14:20
56
“Karvan-Yevlax” yeni baş məşqçisini açıqladı - FOTO

“Karvan-Yevlax” Füzuli Məmmədovun baş məşqçi postuna təyinatını açıqlayıb.

İdman.Biz xəbər verir ki, bu barədə “Karvan-Yevlax” Futbol Klubu məlumat yayıb.

Bildirilib ki, klub rəhbərliyinin qərarına əsasən, bir müddət komandada məşqçi kimi fəaliyyət göstərən Füzuli Məmmədovla mövsümün sonunadək müqavilə imzalanıb.

Onun köməkçiləri ilə də anlaşma əldə olunub.

Qeyd edək ki, “Karvan-Yevlax” hazırda Misli Premyer Liqasının turnir cədvəlində 6 xalla sonuncu - on ikinci pillədə yer alıb.

İdman.Biz