“Kəpəz” yeni transferini açıqlayıb - VİDEO

Xəbərlər
22 Yanvar 2026 12:24
41
“Kəpəz” yeni transferini açıqlayıb - VİDEO

“Kəpəz” daha bir futbolçunun keçidini həll edib.

İdman.Biz xəbər verir ki, bu barədə “Kəpəz” Peşəkar Futbol Klubu məlumat yayıb.

Bildirilib ki, “sarı-göylər” Rəhman Hacıyevi heyətinə qatıb.

32 yaşlı cinah yarımmüdafiəçisi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, R.Hacıyev mövsümün ilk yarısını “Səbail” klubunda keçirib.

İdman.Biz