“Kəpəz” qış fasiləsində üçüncü transferini reallaşdırdı

Xəbərlər
19 Yanvar 2026 10:29
65
“Kəpəz” qış fasiləsində üçüncü transferini reallaşdırdı

“Kəpəz” qış fasiləsində üçüncü transferini reallaşdırıb.

İdman.Biz sportinfo.az-a istinadən xəbər verir ki, Premyer Liqada qalmaq uğrunda mübarizədə geri düşmək istəməyən Gəncə təmsilçisi Rəhman Hacıyevi heyətinə qatıb.

Mövsümün ilk yarısını Birinci Liqada “Səbail”də keçirən yarımmüdafiəçi ilə 5 aylıq müqavilə imzalanıb.

Əgər “Kəpəz” elitada yerini qoruyarsa, sabiq “Neftçi” futbolçusu ilə anlaşma avtomatik olaraq daha bir il uzadılacaq.

Qeyd edək ki, qış fasiləsində transfer çalışmalarını davam etdirən “sarı-göylər” bundan əvvəl iki oyunçu ilə münasibətlərini rəsmiləşdirib.

Yarımmüdafiəçilər - “Turan Tovuz”dan Veysəl Rzayev və Gürcüstanın “Samqurali” klubundan Mate Abuladze artıq komandanın sıralarına qoşulublar.

İdman.Biz