Saşa İliç: “Bu gün nisbətən yaxşı oyun nümayiş etdirdik”

Xəbərlər
16 Yanvar 2026 23:11
37
Saşa İliç: “Bu gün nisbətən yaxşı oyun nümayiş etdirdik”

“Məğlub olmağımıza baxmayaraq, düşünürəm ki bu gün nisbətən yaxşı oyun nümayiş etdirdik. Bir xeyli şanslarımız da oldu, lakin onlardan yararlana bilmədik”.

İdman.Biz bildirir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Saşa İliç klubun son yoxlama oyunundan sonra deyib.

“Sumqayıt” Antalyadakı üçüncü yoxlama oyununda Xorvatiyanın “Osiyek” kollektivinə məğlub olub - 0:2.

“Bəzi mikro zədəsi olan futbolçularımız da var idi, qarşıdakı çempionat oyununu düşünüb onlara istirahət verdik. Yenə də bildirirəm ki mənim üçün hazırlıq oyunlarında nəticə önəm daşımır.

Bu gün təlim-məşq toplanışımızı başa vurduq. Düşünürəm ki bu toplanışdan daha çox gənc oyunçularımız təcrübə qazandı. Onlar Avropanın sayılıb-seçilən komandalarına qarşı çıxış etmək fürsəti əldə etdilər. Bu fürsətin onlara gələcək karyeralarında kömək olacağına ümid edirəm”, - İliç bildirib.

İdman.Biz