Prezident İlham Əliyev: “Qarabağ” - MOİK futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var

Xəbərlər
21 Dekabr 2023 13:57
168
Prezident İlham Əliyev: “Qarabağ” - MOİK futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var

Bu futbol matçının (“Qarabağ” – MOİK oyunu – Red.) Xankəndidə keçirilməsinin çox böyük mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır. Qarabağ xanı tərəfindən bu kəndin təməli qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır.

İdman.biz xəbər verir ki, bu fikri Prezident İlham Əliyev dekabrın 21-də futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında Xankəndi stadionunda keçirilən oyundan əvvəl çıxışında deyib.

İdman.biz