Mahir Emreli: “2025-ci ildən dərs çıxardım” - VİDEO

Xəbərlər
15 Yanvar 2026 14:58
62
Mahir Emreli: “2025-ci ildən dərs çıxardım” - VİDEO

Azərbaycan millisinin və ”Kayzerslautern”in futbolçusu Mahir Emreli geridə qalan 2025-ci il haqqında danışıb.

28 yaşlı hücumçu ötən il yaxşı təcrübə qazandığını deyib.

“2025-ci il ümumilikdə maraqlı il oldu. Böyük futbol adamları ilə işlədim, yaxşı təcrübə qazandım. Ümumilikdə 2025-ci ili enişli-yoxuşlu il kimi görürəm, amma uğursuz il saymaq istəmirəm. Son bir neçə ayı uğursuz olaraq dəyərləndirmək olar. Özümdən asılı olmayan səbəblərə görə oynamadım və təbii ki, zədə öz sözünü dedi. Lakin dediyim kimi, hər il bizi böyüdür, daha da təcrübəli edir. Həm şəxsi həyatımızda, həm futbolda ildən-ilə böyüyürük. Uğursuzluqlar da olur, yaxşı günlər də.

Ümumi götürəndə təbii ki, qazandığımız hər şey bizi böyütməli və irəliyə aparmalıdır. İstər məğlubiyyətlər, istərsə də qələbələr. Düşünürəm ki, 2025-ci ildən dərs çıxardım. Ümid edirəm ki, 2026-cı il zədəsiz keçirərəm və hər birimiz - xalqımız, idmançılarımız üçün yaxşı bir olar”, - deyə o, qol.az-a videomüsahibəsində bildirib.

Qeyd edək ki, M.Emreli ötən il noyabrın 10-da “Herta” ilə İkinci Bundesliqa matçında zədə alaraq uzun müddətə sıradan çıxmışdı. Millimizin üzvünün klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir.

İdman.Biz