Xankəndi şəhər stadionu tarixi oyuna hazırdır - FOTO - VİDEO

Xəbərlər
21 Dekabr 2023 11:37
990
Xankəndi şəhər stadionu tarixi oyuna hazırdır - FOTO - VİDEO

Xankəndi şəhər stadionu Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - MOİK oyununa hazırdır.

İdman.biz xəbər verir ki, artıq komandalar, idman ictimaiyyəti və KİV nümayəndələri matçın keçiriləcəyi tarixi torpağımızdadır.

Stadionda tribunanın arxa qapılarından birinin üzərində böyük hərflərlə "Qarabağ Azərbaycandır", digərində isə "Xankəndi" sözləri yazılıb.

Qeyd edək ki, "Qarabağ" - MOİK matçı bu gün saat 14:00-da Xankəndi stadionunda start götürəcək.

İdman.biz