Ayxan Abbasov Renat Dadaşovla görüşdü

Xəbərlər
13 Yanvar 2026 17:03
56
Ayxan Abbasov Renat Dadaşovla görüşdü

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov və komandanın direktoru İlqar Qurbanov yığmanın futbolçusu Renat Dadaşovla görüşüblər.

İdman.Biz xəbər verir ki, görüş Türkiyənin Antalya şəhərində baş tutub.

R.Dadaşovun çıxış etdiyi Polşanın “Motor” klubu sözügedən ölkədə təlim-məşq toplanışındadır.

Ayxan Abbasov və İlqar Qurbanov hücumçunun hazırkı durumu ilə maraqlanıb və mövsümün ikinci yarısında ona uğurlar arzulayıblar.

İdman.Biz