“Qəbələ” Yannik Adyumani ilə maraqlanır

Xəbərlər
13 Yanvar 2026 12:52
47
“Qəbələ” Yannik Adyumani ilə maraqlanır

Misli Premyer Liqasında qalmağı hədəfləyən “Qəbələ” qış fasiləsində heyətini gücləndirmək istiqamətində addımlarını davam etdirir.

İdman.Biz futbolinfo.az-a istinadən xəbər verir ki, “Qırmızı-qaralar” artıq Seydina Keyta və İsmaheel Akinade ilə anlaşaraq transferlərini reallaşdırıb.

Klub indi müdafiənin sol cinahındakı boşluğu doldurmaq üçün daha bir legioner futbolçu ilə danışıqlar aparır.

Bölgə təmsilçisi Fil Dişi Sahilinin U-23 millisinin üzvü Yannik Adyumani ilə maraqlanır. Hazırda “Qəbələ” rəhbərliyi İsveçin “Estersund” klubunun 23 yaşlı müdafiəçisi ilə danışıqların son mərhələsini keçirir.

Adyumani ilə müqavilə müddəti ilin sonuna qədər olsa da, onun “Qəbələ”yə keçidi real görünür. Premyer Liqa təmsilçisi transferi 17-ci turda “Şamaxı” ilə keçiriləcək oyuna qədər yekunlaşdırmağa çalışır.

Qeyd edək ki, Yannik Adyumani futbolçu karyerasına ölkəsinin tanınmış “ASEC Mimosas” klubunda başlayıb. O, İsveçdə “Hakken”in də formasını geyinib.

İdman.Biz