Qvardiola İspaniya yığması ilə bağlı suala cavab verib

Xəbərlər
20 Dekabr 2023 18:38
191
Qvardiola İspaniya yığması ilə bağlı suala cavab verib

Pep Qvardiola gələcəyi ilə bağlı suala cavab verib.

İdman.biz xəbər verir ki, o, “Mançester Siti”də xoşbəxt olduğunu deyib.

“İspaniya yığmasında işləmək? Hazırda “Mançester Siti”də hər şey ürəyimcədir. Burada çox xoşbəxtəm. İngiltərə klubu ilə bir illik müqaviləm var. Ümid edirəm məni qovmayacaqlar və müqavilə müddətinin sonunadək burada qalacam”, - deyə Qvardiola bildirib.

Qeyd edək ki, ispaniyalı mütəxəssis 2016-cı ildən “Mançester Siti”yə rəhbərlik edir. O, “şəhərlilər”lə 15 titul qazanıb.

İdman.biz