0:6 hesabı ilə uduzan Ramiz Məmmədov: “Komandamın oyunundan narazılıq yoxdur”

Xəbərlər
20 Dekabr 2023 17:30
435
0:6 hesabı ilə uduzan Ramiz Məmmədov: “Komandamın oyunundan narazılıq yoxdur”

“Oyunun gərgin keçəcəyini gözləyirdik. Premyer Liqa klubuna qarşı oynayırdıq. “Səbail”in güclü olduğunu bilirdik.”.

İdman.biz xəbər verir ki, bunu “Şamaxı”nın baş məşqçisi Ramiz Məmmədov deyib.

Təcrübəli mütəxəssis komandasının Azərbaycan kubokunun 1/8 finalında “Səbail”ə 0:6 hesablı məğlubiyyətini şərh edib: “Rəqibin sürətli, texnikalı futbolçuları çoxdur. İlk yarıda aparıcı oyunçulara istirahət vermişdi, gücü ikinci hissəyə saxlamışdılar. Futbolçular verdiyimiz tapşırıqları yerinə yetirə bilmədilər. Təcrübəsizliklərini göstərdilər. Buna baxmayaraq, komandamın oyunundan heç bir narazılıq yoxdur. Bizim məqsədimiz bəllidir, Premyer Liqaya vəsiqə qazanmaq istəyirik. İşimiz də bu yöndə gedir. MOİK-lə oyundan sonra komandamızda yeni adlar görəcəyik. Güclənməyə ehtiyac var”.

İdman.biz

Məqalədə: