“Yuri Vernidubu “Şerif”də işləyəndən izləyirdim. Xarici məşqçiləri dəvət edirlərsə, deməli onlara inanırlar”.
Bu sözləri AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib.
Təcrübəli mütəxəssis son zamanlar klublarımızda tez-tez baş verən məşqçi dəyişikliklərinə münasibət bildirib.
“Neftçi”də son illərdə neçə əcnəbi baş məşqçi çalışıb və uğursuz olub. Artıq saylarını da itirmişəm. “Araz-Naxçıvan” da Elmar Baxşıyevlə yolları ayırdı. Yerli məşqçilərə inanmırlar. Niyə? Təəssüf ki, bizdə tam fərqli bir mənzərə var. Ona görə də belə acınacaqlı hallar olur. Tez-tez baş verən məşqçi dəyişikliyi xoşagəlməz hadisələrə gətirib çıxarır. Bəzi məsələrdən xəbərim olsa da, danışmıram, çünki mənasızdır. Hazırda Azərbaycanda yaşayırıqsa, yerli məşqçilərə inanmaq lazımdır”, - deyə sport24.az-a açıqlamasında deyib.
Qeyd edək ki, hazırda Premyer Liqada çıxış edən 12 komandadan yeddisinin baş məşqçisi əcnəbidir.
