“Səbail”dən 6 qol, “Zirə”dən əzimkar qələbə - VİDEO

Xəbərlər
20 Dekabr 2023 18:59
490
“Səbail”dən 6 qol, “Zirə”dən əzimkar qələbə - VİDEO

Bu gün futbol üzrə Azərbaycan kubokunda 1/8 final mərhələsinin daha 2 matçı keçirilib.

İdman.biz xəbər verir ki, üçüncü oyun gününün ilk qarşılaşmasında “Səbail” “Şamaxı”nı qəbul edib.

Premyer Liqa təmsilçisi böyükhesablı qələbə qazanıb. Meydan sahibləri rəqib qapısından 6 cavabsız top keçiriblər.

Ardınca “Zirə” “Turan Tovuz”la münasibətinə aydınlıq gətirib. Üç gün əvvəl Premyer Liqada üz-üzə gələn komandaların duleindedən Tovuz klubu qələbə qazanmışdı. Qərb təmsilçisi bu dəfə də uğur qazanmağa yaxın olub. 82-c dəqiqəyədək üstün oynayan qonaqlar qələbə hesabını qoruya bilməyiblər. 7 dəqiqəyə iki qol vuran "Zirə" mərhələ adlayıb.

Azərbaycan kuboku

1/8 final
20 dekabr (çərşənbə)
14:00. “Səbail” – “Şamaxı” - 6:0
Qollar:
Amil Yunanov, 23 (p.), 45, Pedro Nuno, 50, Rüfət Abdullazadə, 56, 80, Adi Mehremiç, 90+2
Baş hakim: Tural Qurbanov
“Səbail”: 1. Səlahət Ağayev, 9. Amil Yunanov, 5. Adil Nağıyev (k), 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 44. Yadin Luqasi
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 74. Yusif Nəbiyev, 11. Rüfət Abdullazadə, 48. Ayaz Mikayılov, 42. Adəm Topalov, 62. Zaman Zamanlı, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 21. Anas Najah
Baş məşqçi: Şahin Diniyev

“Şamaxı”: 1. Əkpər Vəliyev, 77. İbrahim Aslanlı, 21. Abbas Ağazadə, 80. Zahid Mərdanov, 4. Kənan Quliyev, 13. Ramin Əhmədov (k), 44. Salman Ələsgərov, 97. Elşad Tağıyev, 11. Samir Məhərrəmli, 74. Süleyman Damadayev, 9. Qurban Səfərov
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 22. Sahib Həsənov, 17. Elçin Rəhimli, 23. Rövşən Şahmuradov, 7. Emil Qasımov, 20. Əli Mürsəlov, 99. Cəlal Cəbrayılov, 56. Samir Ağayev, 72. Xəyyam Hüseynov, 88. Elçin Qasımov, 3. Əbil Əbilov, 8. Edqar Adilxanov
Baş məşqçi: Ramiz Məmmədov
“ASCO Arena”

17:00. “Zirə” – “Turan Tovuz” - 2:1
Qollar:
Filipe Paxtman, 82. Rüstəm Əhmədzadə, 89 - Otto Con, 4
Baş hakim: İnqilab Məmmədov
“Zirə”: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 11. Rüstəm Əhmədzadə, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 15. Pyer Zebli, 28. Abbas İbrahim, 6. Eldar Quliyev, 19. Salifu Suma
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 5. Stefan Aka, 9. Vladislav Kulaç, 23. Andriya Lukoviç, 70. İssa Cibrila, 7. Filipe Paxtman
Baş məşqçi: Rəşad Sadıqov

“Turan Tovuz”: 85. Kamal Bayramov (k), 4. Şəhriyar Əliyev, 88. Faiq Hacıyev, 99. Veysəl Rzayev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 7. Luis Paçu, 25. Denis Marandiçi, 80. Otto Con, 11. Ayxan Quseynov
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 13. Aydın Bayramov, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 6. Bruno Qonçalves, 9. Belajdi Pusi, 79. Martin Petkov
Baş məşqçi: Ayxan Abbasov
Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, əvvəlki 2 gündə "Sabah", "Sumqayıt", "Araz-Naxçıvan" və "Qəbələ" qələbə qazanaraq 1/4 finala yüksəliblər. Mərhələ dekabrın 21-də yekunlaşacaq.

İdman.biz