“Kəpəz” klubu Veysəl Rzayevin keçidini təsdiqləyib - VİDEO

Xəbərlər
7 Yanvar 2026 16:15
78
“Kəpəz” klubu Veysəl Rzayevin keçidini təsdiqləyib - VİDEO

“Kəpəz” klubu Veysəl Rzayevin keçidini təsdiqləyib.

İdman.Biz xəbər verir ki, bu barədə Kəpəz Futbol Klubu məlumat yayıb.

V.Rzayev qış fasiləsində Gəncə təmsilçisinin ilk transferi olub. 23 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, futbolçu mövsümün ilk yarısını “Turan-Tovuz”da keçirib. O, bu müddət ərzində Premyer Liqada meydana çıxdığı 3 oyunda 1 qol vurub. V.Rzayev ölkə kubokunda 2 matç keçirib və 1 dəfə fərqlənib.

İdman.Biz