“Zirə” klubu futbolçusu Qismət Alıyevin müqaviləsinin müddətini uzadıb.
İdman.Biz xəbər verir ki, bu barədə “Zirə” Futbol Klubu məlumat yayıb.
29 yaşlı cinah müdafiəçisi ilə iki illik sözləşmə imzalanıb.
Qeyd edək ki, Azərbaycan millisinin üzvü 2020-ci ildən “Zirə”də çıxış edir. Q.Alıyev komandanın kapitanıdır.
