2:8 hesabı ilə uduzan Nazim Süleymanov: “Futbolçulara dedim ki, eybi yox, yeni tarix yazdız”

Müsahibə
19 Dekabr 2023 16:47
1 716
2:8 hesabı ilə uduzan Nazim Süleymanov: “Futbolçulara dedim ki, eybi yox, yeni tarix yazdız”

“Darmadağın deyəndə, bəli, hesab onu deyir”.

İdman.biz xəbər verir ki, bunu “İrəvan”ın baş məşqçisi Nazim Süleymanov deyib.

Təcrübəli mütəxəssis komandasının Azərbaycan kubokunun 1/8 finalında “Araz-Naxçıvan”a 2:8 hesablı məğlubiyyətini şərh edib. Onun sözlərinə görə, matçın əvvəlində oyunun belə hesabla bitəcəyini heç kim deyə bilməzdi: “Premyer Liqa ilə I Liqa arasında səviyyə fərqi böyükdür. İndiki futbol sürət futboludur. Bizdə oyunçularla bağlı çətinliklər var. Ehtiyatda 5 oyunçu olsa da, cəmi 3 nəfəri meydana buraxa bildik. Qapıçılarla birlikdə 17-18 futbolçumuz var. I Liqada 1 oyunumuz qalıb. Kubok avrokuboklara ən qısa yoldur. Futbol səhvlər oyunudur. Kim çox səhv edirsə, o da məğlub olur. Təəssüf ki, biz çox səhv etdik”.

Süleymanov qarşılaşmadan sonra futbolçularını təbrik etdiyini də deyib: “Dedim ki, eybi yox, yeni tarix yazdız. Liqadakı son matçdan sonra gələcəklə bağlı planlar quracağıq”.

İdman.biz